RU

Əraqçi rusiyalı həmkarı ilə DANIŞDI

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb və bu zaman Rusiya tərəfini İslamabadda ABŞ ilə keçirilən danışıqlar barədə məlumatlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici siyasət idarəsindən qeyd olunub ki, tərəflər regiondakı son hadisələri və Pakistanın paytaxtında İran ilə ABŞ nümayəndə heyətləri arasında aparılan məsləhətləşmələrin gedişatını müzakirə ediblər.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
2
redaktor.az

2Источники