RU

Araqçi Trampa ironik cavab verdi: “Donanma yoxdursa, niyə narahatsınız?”

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ prezidenti Donald Trampın son açıqlamalarına sərt və ironik reaksiya verib.

Musavat.com xəbər verir ki, Araqçi Trampın bir-birinə zidd bəyanatlar verdiyini bildirib.

İranlı diplomatın sözlərinə görə, Tramp bir tərəfdən İran donanmasının məhv edildiyini iddia edir, digər tərəfdən isə ABŞ gəmilərinə hücum ediləcəyi təqdirdə ciddi nəticələrin olacağını vurğulayır.

Araqçi bu ziddiyyətə diqqət çəkərək belə deyib: “Prezident Tramp özü özünü təkzib edir. Bir tərəfdən deyir İran donanması məhv edilib, digər tərəfdən deyir ki, bizim gəmiləri vursanız pis olacaq. Donanma yoxdursa, niyə narahatsınız? Cənab Tramp, bizə xahiş edirik dəqiq hesabat verin – donanma məhv edilib, ya yox?”

 

Musavat.com

Избранный
3
9
musavat.com

10Источники