RU

Səudiyyədən gizli mesaj: İrana quru əməliyyatı qaçılmaz olur

Regionda hərbi-siyasi gərginlik artmaqda davam edir və bu fonda yeni iddialar gündəmə gəlib.

Musavat.com xəbər verir ki, İsrailin Channel 12 telekanalına istinadən yayılan məlumata görə, Səudiyyə kral ailəsinə yaxın olduğu bildirilən mənbə mövcud müharibənin istənilən nəticəni vermədiyini düşünür.

Məlumatda qeyd olunur ki, yaranmış vəziyyət bəzi dairələrdə daha sərt ssenarilərin müzakirəsinə səbəb olub. Mənbənin sözlərinə görə, proses bu şəkildə davam edərsə, İraqdakı kimi quru əməliyyatı variantı qaçılmaz ola bilər.

Məlumatda həmçinin vurğulanır ki, bölgədə artan təzyiq, dəniz blokadası və qarşılıqlı təhdidlər vəziyyəti daha da kritik həddə çatdırır. Bu isə münaqişənin növbəti mərhələyə keçə biləcəyi ehtimallarını gücləndirir.

Musavat.com

Избранный
25
musavat.com

1Источники