RU

​Bu quşlar balalarına süd verir -

Bəzən insanlar “quş südü belə tapılar” deyərək hər şeyin mümkün olduğunu vurğulayırlar. Bu ifadə çoxlarına maraqlı gəlir: doğrudanmı quşların südü var? İlk baxışda bu, sadəcə məcazi ifadə kimi görünsə də, arxasında müəyyən bioloji məqamlar dayanır. Metbuat.az xəbər verir ki, elmi baxımdan quşlar məməlilər kimi süd ifraz etmirlər. Yəni inək və ya qoyun kimi süd verən quş yoxdur. Lakin bəzi quş növlərində maraqlı bir proses müşahidə olunur. Məsələn, göyərçinlər, flaminqolar və pinqvinlərin bəzi növləri balalarını qidalandırmaq üçün “zob südü” adlanan xüsusi maye ifraz edirlər. Bu maddə zülal və yağla zəngin olur və balaların inkişafı üçün vacibdir. Bu xüsusiyyət quşlar aləmində nadir hallarda rast gəlinir və əsasən məhz bu növlərə xasdır.

Buna baxmayaraq, bu maye klassik mənada süd sayılmır. Çünki o, süd vəzilərindən deyil, quşun həzm sisteminin bir hissəsi olan zobdan ifraz olunur. Yəni nəticə olaraq demək olar ki, “quş südü” ifadəsi daha çox məcazi məna daşıyır, amma təbiətdə buna bənzər maraqlı bioloji mexanizmlər həqiqətən mövcuddur.

Избранный
32
metbuat.az

1Источники