RU

Prezidentin yeni mətbuat katibi kimdir?

Prezidentin yeni mətbuat katibi kimdir?

Xəbər verdiyimiz kimi, Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib.

AFN.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Orxan Səttarov bu təyinatadək Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri vəzifəsini tutub. O, uzun illərdir media və kommunikasiya sahəsində dövlət qurumlarında məsul vəzifələrdə çalışıb.

Məlumata üçün bildirək ki, Orxan Səttarovun qardaşı İsmət Səttarov hazırda Azərbaycan Respublikası Audiovizual Şurasının sədridir. İ. Səttarov daha öncə “ARB Media Qrupu”nun rəhbəri vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, Orxan Səttarovun bu vəzifəyə təyinatı dövlət kommunikasiya siyasətinin yeni mərhələsi kimi qiymətləndirilir.

Избранный
23
5
afn.az

6Источники