RU

Bakıda Bahar Xeyriyyə tədbiri keçirilib FOTO

ain.az bildirir, Gununsesi portalına istinadən.

Aprelin 12-də Bakı Beynəlxalq Qadınlar Klubu və Qazaxıstanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Bahar Xeyriyyə Bazarı keçirilib.

Gununsesi.info  xəbər verir ki, bu xeyriyyə tədbirində çoxlu sayda qonaqlar və tanınmış sənət adamları, dövlət xadimləri iştirak ediblər.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Millət vəkili Jalə Əhmədova, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Səadət Yusifova, sənət adamlarından Dilarə Əliyeva, Fərqanə Qasımova, Gülyanaq Məmmədova və başqalarının adlarını çəkmək olar.

Qeyd edək ki, bazar Bakıda fəaliyyət göstərən onlarla xarici dövlət səfirlikləri, yerli və xarici şirkətlər, könüllülər tərəfindən dəstək alıb.

Tədbirdə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel açılış nitqi ilə çıxış edib və sonra Bakı Beynəlxalq Qadınlar Klubunun Prezidenti Asemgül Bayel xeyriyyə bazarının təşkilinə töhfə verən hər kəsə təşəkkür edərək, hər bir ianənin ünvanına çatacağını bildirib. Toplanan vəsaitlər şəhid ailələrinin və veteranların, inkişaf xüsusiyyətləri olan uşaqların, yeni başlayan və dəstəyə ehtiyacı olan qadın sahibkarların, tək anaların, uşaq evlərinin dəstəklənməsinə yönəldiləcəyini qeyd edib.

Tədbirin açılışında Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək, bu xeyirxah işə görə bazarın təşkilatçılarına təşəkkür ediblər.

Bazar çərçivəsində yerli və xarici ustaların əl işlərinin və sənətkarlıq nümunələrinin, müxtəlif xalqların yeməklərinin satışı təşkil olunub. Həmçinin maraqlı musiqi proqramı və əyləncələr təqdim edilib, lotereya və hədiyyə uduşları keçirilib.

İllərdir fəaliyyət göstərən Bakı Beynəlxalq Qadınlar Klubuna bu il 1 fevral tarixindən etibarən Klubun Prezidenti vəzifəsinə Qazaxıstanın Azərbaycandakı Səfirinin həyat yoldaşı Asemgül Bayel seçilib. Vitse-Prezident isə Azərbaycandan olan sahibkar Cəmilə Hüseynovadır.

Qeyd edək ki, Xeyriyyə Bazarında Qazaxıstan, Özbəkistan, Rusiya, Şimali Kipr Türk Respublikası, Moldova, İran, Misir, Yunanıstan, Belarus, Malayziya Səfirlikləri öz ölkələrinə məxsus mədəniyyət nümunələrini və təamlarını təqdim ediblər.

Məmmədova İlhamə

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
icma.az

1Источники