RU

Məktəb və ya universitet tələbənin sosial media fəaliyyətinə görə intizam tədbiri görə bilərmi?

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bəzən şahidi olmaq olur ki, xüsusilə universitet tələbələri sosial şəbəkədə yazdığı fikirlərə görə təzyiqlərə məruz qaldığını bildirirlər.

Bu, adətən, siyasi fəaliyyət zamanı, yaxud da tələbənin təhsil aldığı müəssisədən şikayəti zamanı görünür.

Ancaq maraqlıdır, məktəb və ya universitet tələbənin sosial media fəaliyyətinə görə intizam tədbiri görə bilərmi?

Bu barədə hüquqşünas Şamil Paşayev Gununsesi.info-ya danışıb.

O bildirib ki, azad fikrə görə heç kim təqib edilə bilməz:

“Ancaq social şəbəkədə olan fəaliyyət təhsil müəssisəsinin nüfuzuna zərər vurur və ya zorakılıq, təhqir kimi hallarla bağlıdırsa, məsuliyyət yaranır. Əks halda, bu, şəxsi həyat və ifadə azadlığına müdaxilə hesab edilə bilər”, – deyə o qeyd edib.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
icma.az

1Источники