ain.az bildirir, Cebheinfo portalına istinadən.
Macarıstanda aprelin 12-də keçirilən paerlament seçkilərində Peter Madyarın liderlik etdiyi müxalifət partiyası “Titsa” (Hörmət və Azadlıq) partiyası aprelin 12-də keçirlən parlament seçkilərində qalib gəlib.
İlkin nəticələrə görə, müxalifət səslərin 98,9 faizini və ya parlamentdə 199 mandatın 138-ni əldə edib.
Bununla da baş nazir Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyulub. Macarıstandakı seçkilər yalnız bu ölkənin əhalisi üçün deyil, beynəlxalq səviyyədə də diqqətlə izlənilir.
Çünki müxalifətin hakimiyyətə gəlişi 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa Birliyi ilə zəifləmiş münasibətləri yenidən müəyyənləşdirəcək tarixi hadisə hesab edilir.
Viktor Orbanın balanslarşdırıcı xarici siyasət kursu rəsmi Moskva ilə münasibətləri enerji və ticarət ələqələrinin davam etdirməyi, Ukraynaya hərbi yardım göstərməməyi və Rusiyaya qarşı sanksiyalara qoşulmamağı nəzərdə tuturdu. Orban bu mövqeyini Macarıstanı Rusiya təhlükəsindən qorumaq cəhdi ilə izah edir.
Hətta Orban neytrallığını sübut etmək üçün 2024-cü ildə Rusiya, Çin və Ukrayna arasında sülh təşəbbüsü ilə çıxış edib. Lakin Macarıstanın Avropa İttifaqının Ukraynaya yardım paketlərinə veto qoyması fonunda Avropa İttifaqı və Britaniya tərəfindən üzləşdiyi təzyiqlər xarici siyasət balansının daha çox Rusiyanın tərəfinə əyilməsi ilə nəticələndi.
Hətta Co Baydenin prezidentliyi dövründə də ABŞ Macarıstan hakimiyyətinin mövqeyini tənqid edirdi. Ona görə də Orban son dövrlər Qərbdə bir növ “Putinin adamı” və ya Rusiyapərəst baş nazir kimi xarakterizə olunurdu. Bu da onun Ukraynanın və Prezident Volodimir Zelenskinin ünvanına işlətdiyi sərt ifadələrlə bağlıdır.
Qeyd edilən kontekstdə seçkilərdə müxalifətin qələbəsinin Macarıstanın xarici siyasətində yarada biləcəyi kəskin dəyişikliyin diqqət mərkəzinə gəlib. Orbanın hakimiyyətdən gedişi Avropa İttifaqının Ukraynaya hərbi və maliyyə dəstəyinin qarşısındakı əngəllərin aradan qalxması kimi dəyərləndirilir.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bir sıra məsələlərlə bağlı Macarıstanın yeni hökuməti ilə danaışqlar aparma istədiklərini deyib. Söhbət ilk növbədə, Ukraynanın Avropa Birliyinə daxil olmasına mane olan indiyə qədər Macarıstan tərəfindən yaradılan əngəllərin aradan qaldırılmasından gedir.
Eyni zamanda, Avropa İttifaqı tərəfindən Ukraynaya 90 milyard avroluq kreditin təsdiqlənməsi və digər vacib məsələlərlə bağlı danışıqların aparılması gözlənilir.
Bundan başqa, Ukrayna Avropa İttifaqı tərəfindən Rusiyaya tətbiq edilmiş və Viktor Orban hakimiyyəti tərəfindən bloklanmış 20-ci sanksiyalar paketinə qoyulan vetonun Peter Madyar iqtidarı tərəfindən aradan qaldırılacağına ümid edir. Qeyd edilən sanksiyalar Rusiyaya qarşı enerji və maliyyə təzyiqinin gücləndirilməsininəzərdə turur.
Bu, Rusiya neftinin dəniz yolu ilə daşınmasına tamamilə qadağalardan, xüsusilə 43 “kölgə” donanması gəmisinə məhdudiyyətlərin qoyulmasından, 20 regional bankın bloklanmasından və üçüncü ölkələr vasitəsilə sanksiyaların yayınmasına qarşı mübarizədən ibarətdir.
Ona görə də Macarıstandakı seçkilər Avropa İttifaqı, Rusiya və Tramp administrasiyasının timsalında ABŞ arasında gedən rəqabət prosesinin tərkib hissəsi hesab edilir. Yəni Macarıstandakı hakimiyyət dəyişikliyi Ukrayna müharibəsinin həllinə yanaşmada Avropa İttifaqının mövqeyinin güclənməsinə gətirib çıxara bilər.
Avropa Komissiyasının sədri Ursula fon der Leyenin seçkilərin nəticələrini “Bu ölkə Avropa yoluna qayıdır. İttifaq getdikcə güclənir” qiymətləndirməsi Brüsselin Rusiya və ABŞ qarşısında yeni təsir alətləri qazanmasından xəbər verir.
İndi Avropa İttifaqı Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etmək və Ukraynaya yardım etmək imkanı qazanacaq. Bu isə Avropa İttifaqının Rusiya qarşısında geosiyasi mövqeyini möhkəmlədir. Hazırda İranla müharibəni davam etdirən məcburiyyətində qalan Donald Trampın seçkilər öncəsi vitse-prezident Ceyms Devid Vensi Viktor Orbana dəstək vermək üçün Budapeştə göndərməsi siyasi bəhrə vermədi.
ABŞ Prezidenti Orbanın seçkilərdə məğlub olması ilə Avropa İttifaqına əsas vasitələrindən birini itirmiş oldu. Yəni Peter Madyarın qələbəsi geosiyasi balansın Avropa İttifaqının və NATO-nun xeyrinə dəyişməsi kimi şərh edilir.
Viktor Orbanın hakimiyyətdən gedişi ilə Macarıstan-Rusiya münasibətlərdə gərginlik yaranacağına dair ehtimallar üstünlük təşkil edir. Madyar Avropa İttifaqı ilə, eləcə də Almaniya və Polşa kimi əsas üzv dövlətlərlə münasibətləri yaxşılaşdıracağına söz verib. Onun Rusiyadan uzaqlaşacağı proqnozlaşdırılır.
Yeni Baş nazir Rusiyanın “Rosatom” şirkətinin nəzarətində olan “Pakş” atom elektrik stansiyasının genişləndirilməsi ilə bağlı Viktor Orbanın layihəsinin mübahisəli olduğunu və yenidən nəzərdən keçirəcəyini bildirib. Eyni zamanda, Madyar Macarıstanın Rusiya ilə enerji sahəsində əməkdaşlığı davam etdirməyin vacibliyini anlayır.
O, Avropa İttifaqının Moskvadan enerji asılılığını mümkün qədər tez azaltmaq planını icra etmək niyyətində deyil. “Titsa” Partiyasının lideri Macarıstanın Rusiya neft və qazından uzaqlaşması üçün növbəti onillik ərzində uzanan bir cədvəl təqdim edib.
Bu isə onun Rusiya ilə enerji əməkdaşlığını dayandırmağın Macarıstan üçün ciddi problemlər yaradacağını deməyə əsas verir. Çox güman ki, Peter Madyar enerji mənbələrinin diversifikasiyası siyasətinə üstünlük verəcək. Bu baxımdan, onun ilk müraciət edəcəyi ölkələrdən biri Azərbaycan olacaq.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Açar sözlər:
Macarıstanseçki
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.