RU

"Qalatasaray" İkardi ilə yollar ayrır?

"Qalatasaray" rəhbərliyi Mauro İkardinin iyun ayında başa çatacaq müqaviləsini yeniləməyi planlaşdırmır.

Redaktor.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Qalatasaray" azarkeşləri ilə İkardi arasındakı bağın tamamilə qopduğu və azarkeşlərin argentinalı futbolçudan artıq böyük bir gözləntisinin olmadığı vurğulanır.

Bu mövsüm keçirdiyi zədənin təsirlərindən tam olaraq xilas ola bilməyən Mauro artıq çəkisi ilə də diqqət mərkəzinə düşüb. Viktor Osimhenin xüsusilə Çempionlar Liqasındakı möhtəşəm çıxışı ilə birlikdə rotasiya oyunçusu mövqeyinə geriləyən İkardinin unudulmaz "Qalatasaray" macərası artıq son günlərini yaşayır.

Xatırladaq ki, "Qalatasaray"ın 2022-2023-cü illər mövsümündə PSJ-dən icarə əsasında heyətinə qatdığı Mauro İkardi vurduğu qollarla "sarı-qırmızılar"ı üçillik fasilədən sonra yenidən Türkiyə çempionluğuna daşımışdı. "Qalatasaray" 2023-cü ilin yay transfer pəncərəsində İkardinin transfer hüquqlarını tam olaraq aldı və argentinalı hücumçu bombardir olduğu 2023-2024-cü illər mövsümündə də "Cimbom"u çempion edərək əsl əfsanəyə çevrildi.

Избранный
6
2
redaktor.az

3Источники