RU

Qurban Qurbanov təslim oldu… azarkeşlər bu cür sözlər eşitmək istəmir!

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Misli premyer-liqasının 27-ci turunda "Şamaxı" ilə heç-heçə edən "Qarabağ" çempionluq şansını bir qədər də azaltdı. Mövsümün sonuna cəmi 6 tur qalmış xal fərqi 10-a bərabərdi.Düzdü, riyazi şanslar qalmaqdadı, lakin ağdamlıların baş məşqçisi Qurban Qurbanov "şirlər"lə oyunsonrası mətbuat konfransında dedikləriylə azarkeşlərin olan-qalan ümidlərinə də balta vurdu.Sitat:

"Xal itkilərinin çempionluq şansına çoxdan təsiri olub. Bu matçdan əvvəl bir oyunumuz az olsa da, 10 xallıq fərq var idi. Bu az deyil. "Sabah" çox yaxşı futbol nümayiş etdirir".

Fikir verin, ifadələrdən təslimçilik yağır. Maraqlıdı, həm də Azərbaycanın ən təcrübəli mütəxəssisi kimi tanınan Qurban Qurbanov bu ərəfədə belə düşünürsə, futbolçuların ruhsuz, istəksiz çıxış etməsi təbii hal deyilmi? Bəli, baş məşqçi komandanın Çempionlar Liqasındakı çıxışından sonra gələn təkliflərin futbolçuların xüsusilə psixoloji durumuna mənfi təsir etdiyini deyir. Əlbəttə, Qurban bəy tam haqlıdı. Lakin… Belə açıqlama komandanın qarşıdakı turlarda "Sabah", "Neftçi", "Turan Tovuz" kimi iddialı rəqiblərlə oyununda da təsir edəcək.Ümumiyyətlə, belə vəziyyəti qəbul etmək, "sona kimi mübarizə aparacağıq" desə də, bəzi reallıqlarla barışdığını etiraf etmək Qurban Qurbanovun döyüşkən, inadkar xarakteriylə uzlaşmır. Əminik ki, "Qarabağ" azarkeşləri də daha cəsarətli açıqlamalar gözləyir. Axı "Sabah" növbəti turda məhz "Qarabağ"la, irəlidə isə avrokuboklarda mübarizə aparmaq eşqiylə alışıb yanan "Neftçi" və "Turan Tovuz" ilə üz-üzə gələcək. Hələ "köhlən atlar"dan xallar qoparmağa nail olan "Şamaxı" və "Kəpəz"ə qarşı matçları demirik.Kəsəsi, Qurban Qurbanov ümidsizliyə qapılmağa tələsib. "Qarabağ" azarkeşləri öyrəşdikləri, daha doğrusu, inamlı baş məşqçini görmək istəyir. Əvvəlki Qurban Qurbanovu!KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
1
icma.az

2Источники