RU

9 cu sinifə qədər riyaziyyat kifayətdir AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hələ də başa düşə bilmir ki, nəyə görə yaxşı hüquqşünas olmaq üçün tarixi riyaziyyatdan daha yaxşı bilmək lazımdır.

Qeyd edək ki, nazirin bu çıxışı cəmiyyətdə böyük marağa səbəb olub.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, Emin Əmrullayevin bu məsələni müzakirəyə çıxarması maraqlı yanaşmadır:

"Dünyanın hər bir ölkəsində görürük ki, hüquq sosial-humanitar sahədir. Hüquq, ümumiyyətlə, tarixi salnamələrin, dəyişikliklərin və transformasiyaların nəticəsində formalaşır. Yəni hüquqi münasibətlər tarixin axarında gedən proseslərin nəticəsi olaraq yaranır. Qanunlar da həmin münasibətlərin fonunda formalaşır. Buna görə də hüququ izah edərkən və onu anlamağa çalışarkən tarixdən yan keçmək mümkün deyil. Amma fundamental səviyyədə riyazi bilik hüquqşünas üçün lazımdırmı? Əlbəttə, lazımdır. Hər bir cəmiyyətdə yaşayan insan üçün, hətta hər hansı bir sahədə işləməyən və ya ictimai iaşə obyektlərində çalışan insanlar üçün də riyazi təfəkkür vacibdir. Cənab nazir qeyd edir ki, görəsən hüquqşünas üçün riyaziyyat biliyi tarix biliyindən daha az önəmlidir? Əlbəttə, riyaziyyat biliyi daha az önəmlidir. Çünki hazırda riyazi funksiyaları və əməliyyatları yerinə yetirmək üçün müxtəlif alətlər mövcuddur. Yəni riyazi hesablamaları texnoloji vasitələrlə də həyata keçirmək mümkündür".

Müsahibimiz vurğuladı ki, doqquzuncu sinfə qədər olan riyaziyyat səviyyəsi kifayət edir:

"15-16 yaşlıların riyazi təfəkkürü beynəlxalq PISA imtahanları ilə ölçülür. Bu səviyyə yetərlidir. Yəni bir insan PISA səviyyəsində riyaziyyat bilirsə, məsələn, hesablamalar, faiz anlayışı və gündəlik həyatda lazım olan digər bacarıqlar, bu, onun üçün kifayət edir. Amma tarix on birinci sinfə qədər tam şəkildə öyrənilməlidir ki, şagird hüquqşünaslıq ixtisasına yönələ bilsin. Hətta məlumdur ki, bəzi ölkələrdə hüquq ixtisası magistratura səviyyəsində tədris olunur. Yəni əvvəl bakalavr təhsili alınır, sonra hüquq üzrə ixtisaslaşma mümkün olur. Hüquqa gedən yolda isə beynəlxalq münasibətlər, tarix və digər sosial-humanitar ixtisaslar əsas rol oynayır. Buradan da görünür ki, beynəlxalq təcrübə göstərir: hüquqşünas üçün riyaziyyatdan daha çox tarix biliyi vacibdir".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
1
redaktor.az

2Источники