RU

Sağlam desert adı ilə satılan təhlükəli qidalar

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Mağazalarda və kafelərdə "şəkərsiz" yaxud "faydalı" etiketi ilə təqdim edilən şirniyyatlar çox vaxt gözlənildiyi kimi zərərsiz çıxmır. ROSBIOTEX Universitetinin dietologiya kafedrasının dosenti, tibb elmləri namizədi Anastasiya Lebedeva bildirir ki, cəlbedici qablaşdırmaların arxasında adi şirniyyatlardan daha çox kalori və şəkər gizlənə bilər.Demokrat.az bildirir ki, dietoloq xüsusilə meyvə və qranola ilə hazırlanan smuzi-boulların tərkibinə diqqət çəkir. Belə desertlərin iştahaaçan göründüyünü deyən Lebedeva qeyd edir ki, giləmeyvə, meyvə və qranola ilə hazırlanan smuzi-boullar iştahaaçan görünsə də, bir porsiyada çox vaxt 50–70 qram meyvə şəkəri olur. "Əlavə edilən toppinqlər və qranola isə kaloriliyi 400–500 kkal-a qədər artırır. Belə desertlərin müntəzəm istehlakı çəkiyə nəzarəti çətinləşdirə bilər”."Şəkər əvəzedicisi ilə hazırlanan kəsmikli PP-çizkeyklər də tam təhlükəsiz alternativ sayılmır. Bu məhsullarda istifadə edilən yağlı qaymaqlar və şirinləşdiricilər insulinin artmasına, həmçinin mədə-bağırsaq sistemində narahatlığa yol açır. Eyni hal enerji batonlarına və protein desertlərinə də aiddir. Enerji batonları və protein desertləri tərkibində zülal, vitamin və lif daşısa da, eyni zamanda müxtəlif şirinləşdiricilər, siroplar və şokolad örtükləri də ehtiva edir. Onlar daha çox məşqdən sonra qəlyanaltı kimi uyğundur, lakin ‘zərərsiz’ şirniyyat hesab edilə bilməz”.İstehlakçıların əsas səhvi qablaşdırma üzərindəki yazılara sorğusuz inanmaqdır. Anastasiya Lebedeva vurğulayır ki, “Hətta "sağlam" hesab olunan desert belə yüksək kalorili və şəkər və ya yağlarla zəngin ola bilər. Desertin həqiqətən faydalı olması üçün onun tərkibinə diqqət yetirmək, porsiyalara nəzarət etmək və əsas qidalanma ilə balansı qorumaq lazımdır. Sadə meyvələr, giləmeyvə püresi və ya əlavəsiz yoqurt çox vaxt daha təhlükəsiz və aşağı kalorili alternativ sayılır”.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
demokrat.az

1Источники