RU

NATO da “Hörmüz çatı Müttəfiqlər Trampın blokada planına yox” dedi

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını blokadaya almaq planı Şimali Atlantika Alyansı (NATO) daxilində ciddi gərginliyə səbəb olub. Vaşinqtonun strateji müttəfiqləri olan Avropa ölkələri bu hərbi əməliyyatda iştirakdan imtina edərək, Trampın planına qarşı çıxıblar.

"AzPolitika" xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp özünün "Truth Social" platformasında Hörmüz boğazında dəniz nəqliyyatının tamamilə dayandırılacağını və blokadanın "tezliklə başlayacağını" elan edib. O, ABŞ ordusunun bu məqsədlə digər ölkələrlə əməkdaşlıq edəcəyini vurğulayıb.

NATO-nun Baş katibi Mark Rütte Avropa hökumətlərinə müraciət edərək bildirib ki, Ağ Ev yaxın gələcəkdə Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı müttəfiqlərdən konkret öhdəliklər gözləyir. Rütte vurğulayıb ki, əgər 32 üzv dövlət razılığa gələrsə, Alyans bu bölgədə xüsusi missiya formalaşdıra bilər.

Lakin NATO-nun aparıcı güclərindən olan Böyük Britaniya və Fransa artıq rəsmi şəkildə bu əməliyyatda iştirak etməyəcəklərini bəyan ediblər. Bu mövqe onsuz da kövrək olan transatlantik münasibətlərdə yeni bir böhranın carçısı kimi qiymətləndirilir.

Bir sıra digər Avropa ölkələri isə dəstək verməyə hazır olduqlarını, lakin bunun üçün ciddi şərtlərinin olduğunu bildiriblər. Onlar tələb edirlər ki, regionda hərbi əməliyyatlar dayandırılsın və İranla gəmilərin hücuma məruz qalmayacağına dair birbaşa razılıq əldə edilsin.

Xatırladaq ki, Hörmüz boğazı dünya neft ticarətinin əsas arteriyası hesab olunur və onun blokadaya alınması qlobal enerji bazarlarında xaosa səbəb ola bilər. Trampın bu addımı İrana qarşı "maksimum təzyiq" siyasətinin ən sərt mərhələsi kimi görünsə də, Avropanın bu məsələdə Vaşinqtonu tək qoyması ABŞ-ın regiondakı manevr imkanlarını məhdudlaşdırır.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
50
azpolitika.info

10Источники