RU

"Turan" finalda!

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir finalçının adına aydınlıq gəlib.

Fanat.Az-ın məlumatına görə, yarımfinalda "Gəncə" yə rəqib olan "Turan" səfərdə olduğu kimi, Tovuzda da 3:0 hesabı ilə qalib gələrək həlledici oyuna vəsiqə əldə edib. 

Ziya Rəcəbovun baş məşqçisi olduğu komanda finalda "DH Volley" ilə üz-üzə gələcək. 
 
Kubokun sahibi 19 apreldə Bakıda bəlli olacaq. Medal uğrunda həlledici final və üçüncülük matçları isə cəmi bir oyundan ibarət olacaq.

Избранный
2
fanat.az

1Источники