RU

Peter Macyar: Macarıstanın yeni hökuməti digər ölkələrin işlərinə qarışmayacaq

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 aprel, AZƏRTAC

Macarıstanın yeni hökuməti digər ölkələrin işlərinə qarışmayacaq və onlardan da eyni münasibəti gözləyir.

AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 12-də keçirilən parlament seçkilərində qalib gələn Tisza Partiyasının lideri Peter Macyar səsləndirib. “Bütün xarici ölkələrdən xahiş edirəm ki, Macarıstan onlara necə hörmətlə yanaşırsa, ona da eyni hörmətlə yanaşsınlar. Biz digər suveren dövlətlərə hörmət etməliyik. Əvvəlkindən fərqli olaraq, mən heç bir başqa ölkənin, hətta Balkan ölkələrinin daxili işlərinə qarışmayacağam”, - deyə Viktor Orbanın yerinə Macarıstanın yeni Baş naziri olmağa hazırlaşan Macyar bildirib.

Xatırladaq ki, aprelin 12-də Macarıstanda keçirilən seçkilərdə Peter Macyarın müxalif Tisza Partiyası parlamentdəki 199 yerdən 138-ni qazanaraq mütləq çoxluq əldə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
azertag.az

2Источники