RU

Nigeriyada mülki ərazilərin səhvən hədəfə alınması halları artıb

Nigeriyanın şimal-şərqində yerləşən Jilli bazarında baş verən hava hücumu nəticəsində çox sayda mülki şəxsin həlak olduğu ehtimal edilir. 

“BBC” xəbər verir ki, hadisə Yobe və Borno ştatlarının sərhədinə yaxın ərazidə qeydə alınıb.

Məlumata görə, hücum Nigeriya hərbi təyyarələrinin bölgədə islamçı silahlı qruplara qarşı əməliyyat apardığı zaman baş verib. Yerli rəsmilərə və sakinlərə istinadən yayılan xəbərə görə, hadisə nəticəsində ən azı 200 nəfərin öldüyü ehtimal olunur.

Bölgə uzun illərdir Boko Haram qruplaşmasının fəaliyyəti ilə əlaqədar silahlı qarşıdurmaların mərkəzindədir. Münaqişə nəticəsində iki milyondan çox insan evlərini tərk etməyə məcbur olub, minlərlə insan isə həyatını itirib. 

Son illərdə Nigeriyanın şimal-şərqində terror qruplarına qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı bir neçə dəfə mülki ərazilərin səhvən hədəfə alınması halları qeydə alınıb.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
33
azerbaijan-news.az

1Источники