RU

Avstraliyada qiymətlərin artması yük daşımalarını çətinləşdirir

Avstraliyada dizel və benzin qiymətlərinin kəskin artması yük daşımaları sektorunda ciddi problemlər yaradıb. Xüsusilə uzun məsafəli yük maşınları dizel yanacağından asılı olduğu üçün şirkətlərin xərcləri ikiqat artıb.

“BBC” xəbər verir ki, əvvəllər bir yanacaq çənini doldurmaq 3600 Avstraliya dollarına başa gəlirdisə, indi bu rəqəm 7500 dollara çatıb. Sürücülər bəzi marşrutlarda dizel çatışmazlığı ilə də üzləşirlər. 

Hökumət yük daşımaları və nəqliyyat sektoruna dəstək məqsədilə 1 milyard Avstraliya dolları həcmində faizsiz kredit ayırıb. Lakin sektor nümayəndələri bunun kifayət etmədiyini, kiçik şirkətlərin birbaşa maliyyə yardımına ehtiyac duyduğunu bildirirlər. Sürücülər xəbərdarlıq edirlər ki, problem qısa zamanda həll olunmasa ölkədə təchizat zənciri böhranı yarana bilər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
24
azerbaijan-news.az

1Источники