RU

Putin seçkilərin qalibini təbrik etməyəcək

Rusiya Prezidenti Vladimir Putin Macarıstanda parlament seçkilərində qalib gələn Peter Madyar üçün təbrik mesajı göndərməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Rusiya “dost olmayan ölkələrə” təbrik göndərmir və Macarıstan Moskvaya qarşı sanksiyaları dəstəklədiyi üçün bu kateqoriyaya daxildir.

“Biz dost olmayan ölkələrə təbrik göndərmirik. Macarıstan dost olmayan ölkədir, çünki bizə qarşı sanksiyaları dəstəkləyir”, - deyə Peskov vurğulayıb.

Kreml jurnalistləri arasında yer alan Aleksandr Yunaşev bu qərarın yalnız hazırkı siyasi vəziyyətlə bağlı olub-olmadığını dəqiqləşdirmək istəyib. O, bunun Moskvanın yalnız Viktor Orban ilə münasibətlər qurması anlamına gəlib-gəlmədiyini soruşub.

Peskov isə cavabında bildirib: “Biz onunla dialoq aparmışıq”.

Qeyd edək ki, 2022-ci ilin aprelində Viktor Orban rəhbərlik etdiyi "Fides" partiyası parlament seçkilərində qələbə qazandıqdan sonra Vladimir Putin ona təbrik teleqramı göndərmişdi. Həmin müraciətdə “mürəkkəb beynəlxalq şəraitə baxmayaraq”, ikitərəfli tərəfdaşlığın inkişafının “Rusiya və Macarıstan xalqlarının maraqlarına tam uyğun olduğu” qeyd olunmuşdu.

Избранный
43
1
redaktor.az

2Источники