Ermənistan Baş Prokurorluğu bütün ermənilərin katolikosu II Qareginin ölkədən çıxmaq qadağasının ləğvi qərarından apellyasiya şikayəti verəcək.
Bu barədə “Novosti-Armeniya” qurumun mətbuat katibi Arevik Xaçatryana istinadən məlumat yayıb.
Qeyd edək ki, İrəvan məhkəməsi II Qareginin Ermənistandan çıxışına qoyulmuş qadağanın ləğvinə dair qərar verib.