RU

Macarıstanın gələcək Baş naziri Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyünü dəstəkləmir

Macarıstanda parlament seçkilərində qələbə qazanan “Tisa” partiyasının lideri Peter Madyar Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş üzvlüyünü dəstəkləmir.

APA-nın xəbərinə görə, o bildirib ki, müharibə şəraitində olan bir ölkənin Aİ-yə qəbul edilməsi tamamilə absurddur.

Madyar Rusiya ilə münasibətlər barədə də danışıb. O, Rusiya Prezidenti Vladimir Putinin zənginə cavab verəcəyini, lakin özünün ona zəng etməyəcəyini diqqətə çatdırıb.

“Tisa” partiyasının lideri Avropa İttifaqının Ukraynaya 90 milyard avro məbləğində kredit verməsinə mane olmayacağını, ancaq prosesə maliyyə dəstəyi göstərilməyəcəyini əlavə edib.

Избранный
24
4
apa.az

5Источники