RU

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan birinin vəziyyəti ağırdır

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan birinin vəziyyəti ağır stabildir.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, onun Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilir və meninqoensofalit diaqnozu təyin edilib:

"Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında isə iki nəfərin müalicəsi davam etdirilir. Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən pasiyentlərin vəziyyəti stabil qiymətləndirilir".

Xatırladaq ki, aprelin 1-i Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.

Избранный
9
9
moderator.az

10Источники