RU

İraq və Səudiyyə Ərəbistanı neft hasilatını kəskin azaldıblar

Müəllif:Mehin Qasımova,Banco.az

İraq və Səudiyyə Ərəbistanı mart ayında neft hasilatını kəskin azaldıblar.

Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesabatına görə, mart ayında bir neçə Yaxın Şərq ölkəsi neft hasilatını gündəlik 7,955 milyon barel azaldıb.

Ən böyük azalmalar Yaxın Şərqdəki münaqişə fonunda İraq və Səudiyyə Ərəbistanında qeydə alınıb.

Belə ki, Səudiyyə Ərəbistanı mart ayında (fevral ayı ilə müqayisədə) hasilatı gündəlik 2,314 milyon barel, İraq 2,563 milyon barel, Küveyt 1,369 milyon barel və BƏƏ 1,527 milyon barel azaldıb. Təşkilatın məlumatına görə, İran neft hasilatını gündəlik 182 min barel azaldıb.

Beləliklə, bu ölkələr mart ayında ümumilikdə hasilatı gündəlik 7,955 milyon barel azaldıblar. 

Избранный
15
banco.az

1Источники