RU

Şamaxıda “Qarabağ”ın penaltisi verilmədi?

Misli premyer-liqasının 27-ci turunun “Şamaxı” - “Qarabağ” matçının 71-ci dəqiqəsində baş verən mübahisəli epizod ciddi müzakirə mövzusu olub. Rüfət Abbasovun Toral Bayramovdan topu alarkən dirsəklə rəqibə toxunmasını penalti kimi dəyərləndirənlər var.

Düzdü, bu mövsüm hakimlər xeyli səhvə yol verib. Bu epizod bir qədər qarışıqdı. Bəli, Rüfət dirsəyini xeyli yuxarı qaldırıb. Amma digər tərəfdən, Rüfət Toralı qabaqlayıb topu ələ keçirir. Təbii vəziyyətdə olan dirsəyi də rəqibin üzünə toxunur. O toxunuşun şiddəti Bayramovun elə yıxılması üçün kifayət etdi?

Videoyazı bu yöndə həqiqəti tapmağa imkan vermir.

Xatırladaq ki, matç 0:0 bitib.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
35
1
football-plus.az

2Источники