Pakistanda nəticənin əldə edilməməsi Pekin üçün yaxşı xəbər deyil. Çin ABŞ-la İran arasında atəşkəsin əsas memarıdır. Pakistanın xarici işlər naziri İshaq Dar çinli həmkarı Vanq Yi ilə 5 maddəlik plan irəli sürmüşdü. Bu atəşkəs, mülki infrastrukturun qorunması, Hörmüz boğazından gəmiçiliyin bərpası və BMT Nizamnaməsinə uyğun sülhün əldə olunmasıydı. Bunlardan yalnız atəşkəs qəbul olundu. Ancaq indiki atəşkəs də kövrəkdir. Yeni müharibə Çinin enerji daşıyıcılarına çıxışını yenə əngəlləyəcək. Görünür, Donald Trampa bu lazımdır.
Bu arada, Donald Tramp artıq neçənci dəfədir vitse-prezident Ceyms Vensi pis vəziyyətdə qoyub. Tramp Vensi İslamabada ona görə göndərmişdi ki, İran tərəfi ABŞ-ın əsas iki tələbini (uranın zənginləşdirilməsinin dayandırılması və Hörmüz boğazının açılması) qəbul etsin. Vens qarşı tərəfi bu iki tələbi yerinə yetirməyə inandıra bilmədi. Bundan əvvəl isə Tramp mitinqlərin birində Vensə işarə edərək, İrana qarşı müharibəni məhz vitse-prezidentin məsləhəti ilə başladığını vurğulamışdı. Trampın vitse-prezidentə növbəti zərbəsi onu Macarıstana göndərməsiydi. Vens Macarıstana gedib bu ölkədə parlament seçkisində artıq keçmiş baş nazir Viktor Orbana Ağ Evin dəstəyini ifadə etdi. Halbuki, Macarıstanda keçirilən bütün sorğular seçkidə Viktor Orbanın məğlub olacağını göstərirdi. Tramp bunu bilə-bilə Vensi Orbana dəstək məqsədilə Budapeştə göndərməyə qərar verdi. Tramp bu addımlarıyla gələcəkdə Vensin Respublikaçılar Partiyasından Prezidentliyə namizədliyinə gölgə salmış olur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31