RU

"Zayed İnsan Qardaşlığı Mükafatı" yeni laureatlar üçün müraciətlərin qəbuluna başlayıb

"Zayed İnsan Qardaşlığı Mükafatı" yeni laureatların axtarışı üçün müraciətlərin qəbuluna başlandığını elan edib.

Bu barədə "Report" mükafatın rəsmi saytına istinadən xəbər verir.

"Bu müstəqil beynəlxalq mükafatın səkkizinci təqdimetmə mərasimi üçün müraciətlərin qəbuluna başlanılması onun bəşəriyyətə xidmət edən və dünyada insan qardaşlığı dəyərlərini təşviq edən mühüm humanitar təşəbbüslərin aşkarlanması və tanınması missiyasının davamını əks etdirir", - "Zayed İnsan Qardaşlığı Mükafatı"nın baş katibi Məhəmməd Əbdülsalam bildirib.

O əlavə edib ki, bu mükafat tarixi İnsan Qardaşlığı Sənədinin prinsiplərini dünya üzrə cəmiyyətlərdə davamlı effekt yaradan praktik proqramlara çevirən və əhəmiyyətli təsirə malik olan təşəbbüsləri dəstəkləməyə davam edir:

"Biz bu il bütün dünyada insan qardaşlığı dəyərlərinin təşviqinə əhəmiyyətli töhfə verən ayrı-ayrı şəxslərdən və təşkilatlardan yeni nominasiyaları səbirsizliklə gözləyirik".

Qeyd edək ki, illik humanitar mükafat insan qardaşlığının inkişafına, dialoqin təşviqinə və 2019-cu ildə Əbu-Dabidə mərhum Papa Fransisk, Katolik Kilsəsinin 266-cı Papası və Əl-Əzhərin Böyük İmamı Əhməd əl-Tayyib tərəfindən imzalanmış tarixi İnsan Qardaşlığı Sənədinin dəyərlərinə uyğun olaraq həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə vermiş fərdlərə və təşkilatlara verilir.

Xatırladaq ki, 2026-cı il fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim edilib.

Избранный
28
far.az

1Источники