İspaniyanın Real Madrid klubu sabiq futbolçusu Toni Kroosu yenidən komandaya qaytarmağı nəzərdən keçirir.
Vətəninfo.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano və “AS” nəşri məlumat yayıb. “Kral klubu” 2024-cü ilin yayında karyerasını başa vuran almaniyalı yarımmüdafiəçini klubun idman strukturunda idarəçi vəzifələrdən birinə təyin etməyi düşünür.
Bildirilib ki, bu variant artıq klub rəhbərliyi daxilində müzakirə olunsa da, 36 yaşlı sabiq futbolçuya hələlik rəsmi təklif göndərilməyib.
Qeyd edək ki, Toni Kroos uzun illər Real Madridin aparıcı oyunçularından biri olub və komandanın qazandığı bir çox uğurlarda mühüm rol oynayıb.