RU

Hörmüz boğazından həftəsonu 28 ticarət gəmisi keçib

TASS-ın dəniz nəqliyyatı monitorinq sistemlərinə istinadən hesablamalarına görə, ötən həftəsonu Hörmüz boğazından təxminən 28 ticarət gəmisinin keçidi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, 11–12 aprel tarixlərində hər gün orta hesabla 14 gəmi boğazdan keçib və onların əksəriyyəti Oman körfəzindən Fars körfəzinə doğru hərəkət edib.

Məlumata görə, regionda gərginliyin artdığı dövrdə dəniz nəqliyyatı axını müəyyən məhdudiyyətlərə baxmayaraq davam edib.

Qeyd edilib ki, daha əvvəl ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı, bundan sonra İranın Hörmüz boğazı ilə bağlı bəzi məhdudiyyətlər tətbiq etdiyi bildirilmişdi.

Həmçinin qeyd olunur ki, ABŞ və İran arasında aparılan danışıqlar atəşkəs və uzunmüddətli razılaşma üzrə nəticə verməyib.

Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 13 apreldən etibarən İran limanlarına gedən gəmilərə məhdudiyyətlərin tətbiq olunacağını açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
22
1
redaktor.az

2Источники