RU

Çin İrana silah tədarük etmək planlarını təkzib edib

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Çin əsassız ittihamlara və ya zərərli əlaqələrə qarşıdır”.

525.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Pekinin İrana silah tədarük etməyi planlaşdırdığı barədə məlumatlara münasibət bildirərkən deyib.

XİN rəsmisi bildirib ki, Çin hərbi ixracata qarşı davamlı olaraq ehtiyatlı və məsuliyyətli yanaşma sərgiləyir və onların ixracına daxili qanun və qaydalara, eləcə də beynəlxalq öhdəliklərinə uyğun olaraq ciddi şəkildə nəzarət edir.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
525.az

1Источники