RU

II Qaregin yenə Paşinyanı hədəfə aldı

Ermənistanda kilsə ilə hakimiyyət arasında qarşıdurma fonunda növbəti sərt bəyanat səslənib.

Musavat.com xəbər verir ki, II Qaregin (Erməni Apostol Kilsəsinin rəhbəri) ölkə rəhbərliyini kilsəyə qarşı təzyiq və “antikonstitusion addımlar” atmaqda ittiham edib.

Məlumata görə, o, Eçmiədzində gənclərlə görüş zamanı çıxış edərək son dövrdə kilsəyə qarşı “məqsədli hücumların” artdığını iddia edib. II Qaregin bildirib ki, din xadimlərinin saxlanılması, dini fəaliyyətə maneələr yaradılması və kilsə obyektlərinə müdaxilə cəhdləri müşahidə olunur.

Qeyd edək ki, II Qaregin və Erməni Apostol Kilsəsinin fəaliyyəti uzun illərdir regionda formalaşan ideoloji xəttlə əlaqələndirilir. Bu xətt çərçivəsində dini və milli ritorikanın tez-tez siyasi məqsədlərlə üst-üstə düşdüyü, xüsusilə Azərbaycan və Türkiyəyə münasibətdə sərt və qarşıdurma yönümlü yanaşmaların təşviq olunduğu müşahidə edilir.

Musavat.com

Избранный
14
musavat.com

1Источники