RU

Deputat jurnalisti məhkəməyə verdi

Millət vəkili Əlibala Məhərrəmzadə “7Times.az” saytının təsisçi və baş redaktoru Cəlal Fərzəliyevi məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, deputatın məhkəməyə müraciətinə səbəb “7Times.az” informasiya agentliyində ötən ilin mart ayında və bu ilin aprel ayında deputat və onun mənəvi mülkiyyətində olan şirkətlər tərəfindən Quba rayonu ərazisində aparılan qanunsuz tikintilərlə bağlı reportajların yayımlanması olub.

Əlibala Məhərrəmzadə şərəf və ləyaqətinin alçaldılması səbəbindən xüsusi ittiham qaldırıb və cavabdehin CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətdiyini bildirib.

Hazırlıq iclası Xaçmaz Rayon Məhkəməsinin hakimi Samir Bayramovun sədrliyi ilə aprel ayının 22-də davam etdiriləcək.

Избранный
37
2
konkret.az

3Источники