RU

Çin nümayəndəsi: Hörmüz boğazında maneəsiz keçid ortaq maraqlara xidmət edir  

Hörmüz boğazında təhlükəsizliyin, sabitliyin və maneəsiz keçidin qorunması beynəlxalq ictimaiyyətin ortaq maraqlarına xidmət edir.

AZƏRTAC xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Quo Ciakunun keçirdiyi brifinqdə Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın Hörmüz boğazında su yolunun hərbi blokadasına əmr verməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Hörmüz boğazının beynəlxalq mal və enerji ticarəti üçün həyati əhəmiyyət kəsb etdiyini bildirən Quo Ciakun bildirib ki, boğazdan gəmilərin keçidinin pozulması İranla bağlı münaqişədən qaynaqlanır və irəliləyişin yolu ən qısa zamanda atəşkəsi təmin etmək və döyüşlərə son qoymaqdır.

“Bütün tərəflər sakit qalmalı və təmkinli olmalıdır. Çin müsbət və konstruktiv rol oynamağa davam etməyə hazırdır”, - deyə o əlavə edib.

Избранный
2
5
azerbaijan-news.az

10Источники