RU

Tehranın nüvə jestinə Vaşinqtondan "yox": 450 kq uranla bağlı gizli saziş niyə pozuldu?

İranın nüvə proqramı ətrafında yaranmış gərginlikdə şok pərdəarxası məlumatlar üzə çıxıb. "IranIntl" nəşrinin xəbərinə görə, rəsmi Tehran xoş məram nümayiş etdirərək 450 kiloqram zənginləşdirilmiş uranı durulaşdırmağa razılıq versə də, ABŞ son anda bu sazişdən geri çəkilib.

Musavat.com xəbər verir ki, İran Məclisinin vitse-spikeri Əli Nikzad Vaşinqtonun bu addımını kəskin tənqid edib.

İran tərəfi gərginliyi azaltmaq üçün əlindəki 450 kiloqram zənginləşdirilmiş uranı yararsız hala salmağa (durulaşdırmağa) hazır olduğunu bildirib. Lakin ABŞ-ın bu "jest"dən imtina etməsi sülh danışıqlarının səmimiliyinə kölgə salıb.

Nikzadın sözlərinə görə, razılaşmaya əsasən İran daxilində ABŞ və Səudiyyə Ərəbistanının da iştirakı ilə uranın durulaşdırılması üzrə xüsusi konsorsium yaradılmalı idi. Bu, regionda nüvə təhlükəsizliyi üçün inqilabi addım ola bilərdi.

Vitse-spiker iddia edib ki, ABŞ danışıqlar zamanı Hörmüz boğazı üçün Vaşinqtonun xüsusi rolunun tanındığı yeni hüquqi rejimin yaradılmasını təklif edib.

 Əli Nikzad ABŞ-ın bu şərtini sərt şəkildə rədd edərək bildirib: "Sizin nə Hörmüz boğazında, nə də Fars körfəzində heç bir işiniz yoxdur".

Musavat.com


Избранный
30
musavat.com

1Источники