RU

16 yaşlı qız keçmiş sevgilisinin qətlinə FƏRMAN VERDİ: Cəsəd hissələrə AYRILDI – FOTO/VİDEO

Peterburqda 16 yaşlı Sankt-Peterburqlu bir qız keçmiş sevgilisinin qətlini sifariş edib.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Sankt-Peterburqda dəhşətli qətl hadisəsi baş verib. 16 yaşlı Veronika adlı məktəbli yeni sevgilisindən keçmiş sevgilisi İvanı öldürməsini istəyib.

Qız buna səbəb kimi İvanın onunla münasibətdə olduğu müddətdə ona pis rəftar etdiyini və hətta zorladığını iddia edib.

İstintaq zamanı qətli törədən 16 yaşlı yeniyetmə bildirib ki, qız ona bıçağı özü verib və İvanı görüşə çağırmasını istəyib. Görüş yerinə gələn İvan orada qətlə yetirilib.

Cinayətdən sonra oğlan qıza zəng edib və Veronika gələrək cəsədin gizlədilməsində ona kömək edib. Ertəsi gün yeniyetmə cinayət yerinə qayıdaraq izləri itirmək üçün cəsədi hissələrə ayırıb (əllərini, ayaqlarını və başını kəsib).

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
28
interpress.az

1Источники