RU

FİFA prezidenti Türkiyə təzahüratını səsləndirdi! Az qala saniyələri sayıram

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Uşaqların futbola marağını artırmaq və futbolu daha da populyarlaşdırmaq hədəfi ilə həyata keçirilən ''FİFA Arena'' layihəsinin Türkiyə etapının rəsmi açılış mərasimi keçirilib. "Football-plus.az" xəbər verir ki, mərasimdə iştirak edən FİFA prezidenti Canni İnfantino həm DÇ-2026, həm də Türkiyənin uzun müddətdən sonra mundiala vəsiqə qazanması haqda danışaraq bunları deyib:

''Mən bir italyan olaraq Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montellanı gördüyü işlərə görə alqışlayıram. Dünya çempionatının başlamasına 62 gün qalıb. Az qala saniyələri sayıram. Tarixi bir turnir olacaq. İndiyə qədər təşkil olunmuş ən böyük və ən geniş bir mundial olacaq. İndi dünyada baş verənləri də nəzərə alsaq, bu turnir bütün dünyanı birləşdirəcək. 24 ildən sonra Türkiyənin DÇ-yə vəsiqə qazanması da məni ayrıca sevindirdi. Sizin yenidən tarix yazacağınıza inanıram. Türkiyə futbolunun belə tarixi bir dönəmində FİFA başqanı olmağımla qürur duyuram. Bunu sizlərlə paylaşmaq da mənim üçün qürurdu''.

Sözlərinin son bölümündə salonda toplaşan insanları coşduran və orda əsil stadion ab-havası yaradan İnfantino hamı ilə birlikdə üç dəfə ''Türkiyə'' təzahüratını səsləndirdi:

''Sonda bir söz də söyləmək istəyirəm. Türkiyənin əsil futbol ölkəsi olduğunu bilirəm. Türkiyə yığmasının mundialdakı oyunları zamanı stadiondan necə səs çıxacaq? İndi bunu sizdən eşitmək istəyirəm. Təsəvvür edək ki, stadiondayıq və ''Türkiyə, Türkiyə, Türkiyə'' təzahüratını səsləndirək. Üçə qədər sayım və bunu həyata keçirək''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
icma.az

2Источники