RU

Bəzən aylarla sağalmır, kəllə beyin travmalarına səbəb olur

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Elektrosamokat (skuter) idarə edənlər arasında xəsarət alanların əksəriyyəti avtomobillə toqquşma nəticəsində deyil, düz yolda tarazlığı itirdiyi üçün zədələnir. Travmatoloq-ortoped, ekspert Mixail Fomin bildirib ki, bədbəxt hadisələrin 70–80 faizi məhz istifadəçinin özünün yıxılması ilə bağlıdır. Belə yıxılmalar zamanı alınan travmaların reabilitasiyası bəzən aylarla davam edə bilər.Demokrat.az xəbər verir ki, yıxılma zamanı ən çox rast gəlinən hal insanın instinktiv olaraq əllərini irəli uzatmasıdır. Həkimin sözlərinə görə, bu zaman bilək və əl sümüklərinin sınıqları, dirsək nahiyəsinin əzilmələri qaçılmaz olur. 15–20 km/saat sürətlə hərəkət edərkən belə, əllər əsas zərbəni üzərinə götürür, lakin bilək nahiyəsi bu cür ağır yüklənmələr üçün nəzərdə tutulmayıb.“Beyin sarsıntısı, dərin yaralar və üzün yumşaq toxumalarının əzilməsi insanın zərbə zamanı özünü qorumağa və ya düzgün qruplaşmağa macal tapmaması ilə bağlıdır. Təəssüf ki, bəzən yüngül cızıqla can qurtarmaq mümkün olmur. Yüksək sürətdə başın yol örtüyünə dəyməsi ağır kəllə-beyin travmalarına səbəb ola bilər”, – deyə ekspert xəbərdarlıq edib."Ayaq xəsarətləri də az deyil. Samokatdan hərəkət vaxtı tullanmaq və ya cihazın topuq nahiyəsinə aşması ciddi sınıqlara yol açır. Dizlər isə asfaltla ilk təmas nöqtəsi olduğundan güclü əzilmələrə məruz qalır. Travmaların çoxu texniki nasazlıq, dəbilqəsiz sürüş, samokata iki nəfər minmək və alkoqol qəbulu səbəbindən baş verir".Mixail Fomin qeyd edir ki, bir çox istifadəçi əyləcləri yoxlamır və ya qaranlıqda sürət həddini aşır. Maneələr üzərində kəskin əyləcləmə isə sürücünün sükan üzərindən aşması ilə nəticələnir.“Yeni başlayanlar əvvəlcə təhlükəsiz ərazidə samokata öyrəşməli, düzgün əyləcləməyi və tarazlığı saxlamağı öyrənməlidirlər. Travmaların böyük hissəsi məhz ilk səfərlər zamanı baş verir”, – deyən ekspertin əsas tövsiyəsi öz imkanlarını düzgün qiymətləndirməkdir.O bildirib ki, səfərin xoş başa çatması üçün yol qaydalarına əməl etmək və qoruyucu vasitələrdən istifadə etmək kifayətdir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
demokrat.az

1Источники