RU

ABŞ bu raketlərin alışını kəskin artırır

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ yüksək dəqiqlikli PrSM raketlərinin alışını kəskin şəkildə artırmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin büdcə sənədlərində deyilir.

Məlumata görə, 2027-ci maliyyə ilində bu məqsədlər üçün 2026-cı ildəki 546 milyon dollarla müqayisədə 1,92 milyard dollar tələb olunur.

Qeyd edək ki, PrSM-lər köhnəlmiş ATACMS-ları əvəz etmək, daha böyük diapazon və dəqiqlik təklif etmək üçün hazırlanıb. Onlardan ilk dəfə bir ay əvvəl, İrana qarşı əməliyyat zamanı döyüşdə istifadə edilib. Mart ayında Pentaqon və “Lockheed Martin” bu raketlərin istehsalını dördqat artırmaq barədə razılaşma imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
axar.az

1Источники