RU

Bakıya yağış, bu yerlərə intensiv qar yağacaq - Sabahın HAVASI

Aprelin 14-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. 
 
Azərbaycanın rayonlarında hava şəraiti  bəzi yerlərdə arabir yağıntılı olacağı,  dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı ehtimalı var. Axşama doğru tədircən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
 
Избранный
27
49
moderator.az

10Источники