RU

"Sizin Hörmüz boğazında və Fars körfəzində heç bir işiniz yoxdur" - Əli Nikzad

İranın yüksək vəzifəli qanunvericilərindən biri ölkənin nüvə proqramı və ABŞ ilə aparılan danışıqlarla bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, bu barədə İran parlamentinin vitse-spikeri Əli Nikzad bildirib.

Onun sözlərinə görə, Tehran xoşməramlı addım kimi 450 kiloqram zənginləşdirilmiş uranın durulaşdırılmasına razılıq verib, lakin ABŞ daha sonra razılaşmadan geri çəkilib.

Nikzad qeyd edib ki, uranın durulaşdırılması üçün İran daxilində ABŞ və Səudiyyə Ərəbistanının iştirakı ilə bir konsorsium yaradılması təklif olunub.

O həmçinin bildirib ki, ABŞ Hörmüz boğazı ilə bağlı yeni hüquqi rejim formalaşdırmağı təklif edib və bu mexanizmdə Amerikanın da rolu nəzərdə tutulub.

Deputat ABŞ-yə müraciətlə deyib: “Sizin Hörmüz boğazında və Fars körfəzində heç bir işiniz yoxdur”.

Aminə ŞAHSUVARQIZI

Избранный
14
1
redaktor.az

2Источники