
İran ABŞ-nin dəniz blokadasını qanunsuz hesab edir.
Missiya.Az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran hərbi komandanlığının mətbuat katibi polkovnik İbrahim Zülfüqari danışıb."Amerikanın beynəlxalq sularda dəniz nəqliyyatına qoyduğu məhdudiyyətlər qanunsuzdur və dəniz piratçılığını təşkil edir", - deyə o bildirib.Onun sözlərinə görə, Tehran xəbərdarlıq edir ki, Fars körfəzi və Omandakı limanların təhlükəsizliyi ya hamı üçün, ya da heç kim üçün olmayacaq.Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına daxil olan və çıxan bütün gəmilərin dəniz blokadasına başlayacağını açıqlamışdı. Gəmiçilik məhdudiyyətləri 13 aprel, Bakı vaxtı ilə saat 18:00-da qüvvəyə minəcək.
İlahə QənbərliMissiya.Az