RU

Filip Ozobiç Kvaratsxeliyanın rekokdunu qırdı

Filip Ozobiç Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb.

Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

O, 1992-ci ildən keçirilən turnirin tarixində ən çox qol vuran legioner və ya çempionatda legioner kimi debüt edib sonradan Azərbaycan vətəndaşlığı alanlar arasında ən yaxşı bombardir olub.

Hazırda “Turan Tovuz”un formasını geyinən Xorvatiya əssilli yarımmüdafiəçi bunu 72-ci qolunu vurmaqla gerçəkləşdirib. O, Azərbaycan Premyer Liqasının 27-ci turunun “Sumqayıt”la ev görüşündə (2:1) fərqlənib.

72-ci qolunu 225-ci matçında vuran Ozobiç Azərbaycan millisinin formasını geyinmiş gürcüstanlı Badri Kvaratsxeliyanın rekordunu geridə qoyub. “Kəpəz” və “Şəmkir”də oynamış forvard 132 matçda 71 qola imza atıb.

Избранный
7
9
publika.az

10Источники