RU

Bu ölkədə ordunun başına qadın general keçdi - FOTO

Avstraliya hökuməti ölkənin hərbi tarixində ilk dəfə olaraq quru qoşunlarına qadın komandan təyin edib.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Bildirilir ki, general-leytenant Syuzan Koyl iyul ayından etibarən Avstraliya Quru Qoşunlarının rəhbəri vəzifəsinə başlayacaq və bu postda general-leytenant Saymon Stüartı əvəz edəcək. Məlumata görə, hazırda birgə imkanlar üzrə rəis vəzifəsində çalışan Syuzan Koyl uzunmüddətli hərbi xidmətə malikdir və müxtəlif yüksək komanda vəzifələrində çalışıb, əməliyyat planlaşdırılması və strateji idarəetmə sahəsində təcrübə qazanıb.

Bu təyinat Avstraliya ordusunun 100 ildən artıq tarixində ilk belə haldır və ölkənin müdafiə sistemində mühüm dönüş nöqtəsi hesab olunur. Agentlik yazır ki, bu addım eyni zamanda Avstraliya Müdafiə Qüvvələri daxilində gender balansının artırılması siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir, belə ki, hazırda qadınlar silahlı qüvvələrin təxminən beşdə birini təşkil edir və bu göstəricinin gələcəkdə daha da artırılması planlaşdırılır.

Musavat.com

Избранный
17
musavat.com

1Источники