Bu gün Hörmüz boğazının açılması Trampa lazım deyil. Əksinə, indi o, bu boğazın mümkün qədər bağlı saxlanılmasına çalışır ki, sonda dünyanın bir çox ölkələri - xüsusilədə Avropa Birliyi ölkələri və NATO boğazın açılması uğrunda ABŞ-İsrail cütlüyünün yaratdığı hərbi kolisiyaya qoşulsunlar. Məqsəd budur! Tramp bu müharibənin məsuliyyətini digər dövlətlərlə və NATO ilə bölüşmək istəyir. Çünki dünya birliyi əzəldən bu müharibənin əleyhinə idi. Qəzzada törədilən qətliamlardan sonra isə İsrail bir dövlət olaraq dünya xalqlarının nifrətini qazanmışdı.
Eyni zamanda, ABŞ-n İsraillə birlikdə yaratdığı hərbi birliyi genişləndirməkdə məqsədi digər ölkələrin hərbi potensialından yararlanmaq da deyil. İranı bu müharibədə enmək üçün Birləşmiş Ştatların yetərli hərbi potensialı var. Sadəcə Tramp çox yaxşı anlayır ki, İran heç bir danışıqlara getməyəcək və onu bombalamaqla təslim etmək mümkün olmayacaqdır. Elə bu səbəbdən də Tramp İranı məğlub etməyin yegəna yolunu nüvə silahı işlətməkdə görür. Bu addım isə dünyanı silkələyəcək qədər təhlükəlidir. Məsələnin ciddiliyini yaxşı anlayan Birləşmiş Ştatlar prezidenti bu məsuliyyəti digər ölkələrlə bölüşməyi hədəfləyirlər.
Təsəvvür edin, digər ölkələr də kolisiyaya qoşulduqdan sonra da ABŞ-la İran arasında danışıqlar heç bir nəticə vermir və Hörmüz boğazı bağlı qalır və boğazın bağlı qalması səbəbindən dünya iqtisadiyyatı ciddi itkilərlə üzləşir. Bu halda ABŞ İrana qarşı nüvə silahından istifadə etmək qərarı verir. Belə olarsa atılan adımın məsuliyyəti tək ABŞ və İsrailin üzərində deyil, hərbi kolisiyaya qoşulmuş digər ölkələrin də üzərində qalacaqdır. Müharibənin uzanmasının, Hörmüz boğazının bağlı qalmasının əsil səbəbi budur!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31