ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Moskva, 13 aprel, AZƏRTAC
“Moskva” Folklor Mərkəzində Azərbaycan musiqisi axşamı olub, tanınmış ifaçılar geniş konsert proqramı ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, musiqi proqramını vokalçı Ayna Kərimova təqdim edib. Konsertdə, həmçinin vokal ifaçısı Ramilə Rüstəmova, pianoçu Nigar Kərimova, tarzən Emin Namazov, nağara ifaçısı Həzi İsmayılov, klarnetçi Artyom Polyuqa və fleytaçı İvetta Nqaniele iştirak ediblər.
Proqramda Üzeyir Hacıbəyli, Arif Məlikov, Emin Sabitoğlu, Azər Dadaşov, Tofiq Quliyev və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Tamaşaçılara, həmçinin Nazim Əliverdibəyovun fortepiano və klarnet üçün “Elegiya”sı və Fikrət Əmirovun fortepiano və fleyta üçün əsərləri də daxil olmaqla kamera musiqisi klassikləri təqdim olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva



Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.