RU

“Şərq-Qərb” beynəlxalq təlimi başlayıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ), Fransanın Azərbaycandakı İnstitutu və Fransanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində “Şərq-Qərb” beynəlxalq təliminə başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə AKİ-nın məlumatında qeyd edilib. Bildirilib ki, proqramın məqsədi gənc və təcrübəli azərbaycanlı kinematoqrafçıların bədii film layihələrini beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirmək, onları peşəkar mentorluq və təlimlər vasitəsilə beynəlxalq platformalara hazırlamaqdır. Seçilən iştirakçılar layihələrini strukturlaşdırmaq və gücləndirmək, onları təqdimata hazır vəziyyətə gətirmək imkanı əldə edəcəklər.

Ustad dərsləri və mentorla təkbətək görüşlər vasitəsilə seçilmiş layihələr inkişaf və təqdimat mərhələləri üçün peşəkar dəstəklə təmin olunacaq, eyni zamanda, iştirakçılar beynəlxalq film peşəkarları ilə şəbəkələşmə imkanı qazanacaqlar. Layihənin əsas məqsədi, rəqabətin yüksək olduğu beynəlxalq platformalarda azərbaycanlı kinematoqrafçıların seçilmə və iştirak potensialını artırmaqdır. Bu məqsədlə film layihələrinin beynəlxalq təqdimat qaydalarına uyğun, peşəkar şəkildə hazırlanması xüsusi əhəmiyyət daşıyır. Təlim iştirakçıları qeyd olunan bilik və bacarıqları rejissor və ssenarist Orxan Ağazadə və prodüser Jül Qranjedən əldə edəcəklər.

Təlim aprelin 14-nə qədər davam edəcək. Pitçinqdə qalib gələn layihələr onların inkişafı etdirilməsi məqsədilə texniki, maddi və təşkilati dəstək alacaqlar.

Избранный
1
3
hafta.az

4Источники