RU

Bakıda keçiriləcək Dünya Kubokunda 40 dan çox ölkə iştirak edəcək FOTO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprelin 17-19-u aralığında Bakı keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku, "AGF Trophy" beynəlxalq turnirində 40-dan çox ölkə iştirak edəcək.Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Gimnastika Federasiyası yayıb.Milli Gimnastika Arenasında baş tutacaq turnirə neytral idmançılar da qatılacaqlar.Azərbaycan təmsilçiləri ilə yanaşı, Aruba, Avstriya, Braziliya, Bolqarıstan, Kosta-Rika, Kipr, Misir, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Qvatemala, Macarıstan, Hindistan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Lüksemburq, Meksika, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Moldova, Rumıniya, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, Suriya, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan və Venesuela gimnastları bacarıqlarını göstərəcəklər.Üç gün davam edəcək bu yarışda gimnastlar həm ayrı-ayrı alətlər üzrə, həm də çoxnövçülük proqramında öz ustalıqlarını sərgiləyəcəklər.Ənənəyə sadiq qalaraq, yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup komandası xüsusi "AGF Trophy" kubokuna layiq görüləcək. (Report.az)

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
3
bizim.media

5Источники