RU

Qadınların səslərinin gücləndirilməsi mövzusu müzakirə olunacaq

Yazını böyüt
Yazını kiçilt

Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı keçiriləcək.

Hafta.az xəbər verir ki, konfrans çərçivəsində “Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanları” və “Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi” mövzusunda panel müzakirələri təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində təşkil olunan bu mühüm tədbir qadınların davamlı inkişaf proseslərində rolunun gücləndirilməsi, onların iqtisadi və sosial həyatda iştirakının genişləndirilməsi baxımından vacib platforma rolunu oynayacaq.

Konfrans zamanı AQEM-ə üzv dövlətlərin yüksəksəviyyəli nümayəndələri və akademik dairələrin təmsilçiləri bir araya gələrək qadınların davamlı inkişaf məqsədlərinə töhfələri, rəqəmsallaşma və özəl sektor sahələrində iştirakının artırılması, innovativ və davamlı sahibkarlığın təşviqi, həmçinin ətraf mühitin qorunması və iqlim dəyişiklikləri ilə mübarizədə qadınların rolu kimi aktual məsələləri müzakirə edəcəklər.

Eyni zamanda, tədbir çərçivəsində təcrübə və qabaqcıl yanaşmaların mübadiləsi aparılacaq, qadınların imkanlarının genişləndirilməsinə yönəlmiş milli və regional təşəbbüslər diqqət mərkəzində olacaq.

Konfransın davamı olaraq AQEM Qadınlar Şurasının ilk iclası keçiriləcək. İclas üzv dövlətlər arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatını rəsmi olaraq tətbiq edəcək. İclasda üzv dövlətlərin çıxışları dinləniləcək, qadınların davamlı artıma töhfəsi ilə bağlı fikir mübadiləsi aparılacaq. Müzakirələrin yekununda Şuranın mandatına uyğun olaraq tövsiyələrin qəbul edilməsi nəzərdə tutulur.

Избранный
2
2
hafta.az

3Источники