Almaniya Bundesliqasında növbəti tur çərçivəsində keçirilən görüş “Bavariya” üçün əlamətdar hadisə ilə yadda qalıb.
Sportinfo.az xəbər verir ki, çempionatın 29-cu turunda “Sankt-Pauli” ilə qarşılaşmada (0:5) hesabı açan “Rekordmayster” cari mövsümdəki 102-ci qolunu vurub.
Bununla da komanda 1972-ci ildə əfsanəvi Gerd Müllerin dövründə müəyyənləşən 101 qolluq rekordu geridə qoyub.
Çempionatın sonuna hələ beş tur qaldığını nəzərə alsaq, Münxen təmsilçisinin bu göstəricini daha da təkmilləşdirəcəyi gözlənilir.