RU

Soros bu ölkədə hakimiyyəti ələ keçirdi

Amerikalı milyarder İlon Mask Macarıstandakı seçki nəticələri ilə bağlı qalmaqallı açıqlama verib.

Publika.az xəbər verir ki, o, məşhur maliyyəçi Corc Sorosun oğlu Aleksandr Sorosun paylaşımına sərt reaksiya göstərərək, ölkənin "Soros imperiyası"nın nəzarətinə keçdiyini iddia edib.

Hər şey Aleksandr Sorosun Macarıstan parlament seçkilərinin nəticələri barədə yazdığı "Macarıstan xalqı öz ölkəsini geri qaytardı" postu ilə başlayıb.

İlon Mask bu paylaşıma cavab olaraq "Sorosun fondu Macarıstanda hakimiyyəti götürdü", - deyə qeyd edib.

Macarıstanda keçirilən parlament seçkilərində səslərin 98,79%-i sayıldıqdan sonra müxalif "Tisa" partiyası böyük üstünlük əldə edib. Proqnozlara görə, müxalifət 199 yerlik parlamentdə 138 mandat qazanaraq ciddi qələbəyə imza atıb.

Избранный
15
publika.az

1Источники