RU

Çin Hörmüz boğazı ilə bağlı gərginlik fonunda tərəfləri sakitliyəÇAĞIRDI

Çin artan gərginlik fonunda tərəfləri sakitliyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Ciakun mətbuat konfransında bildirib.

O qeyd edib ki, Çin hərbi ixrac məsələsində həmişə ehtiyatlı və məsuliyyətli mövqe sərgiləyib.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını dənizdən blokadaya almaqla bağlı hədələrindən sonra səsləndirilib.

Məlumata görə, ABŞ-İran danışıqlarının uğursuzluğundan sonra regionda gərginlik artıb.

CNN telekanalı isə bildirib ki, ABŞ kəşfiyyat məlumatlarına əsasən, Pekin yaxın həftələrdə İrana yeni hava hücumundan müdafiə sistemləri göndərməyə hazırlaşır.

Çin rəsmisi vurğulayıb ki, bütün tərəflər təmkinli davranmalı və vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməlidir.

Onun sözlərinə görə, Hörmüz boğazının təhlükəsiz, sabit və maneəsiz qalması beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır.

Qo əlavə edib ki, Çin enerji təhlükəsizliyinin təmin olunması üçün bütün tərəflərlə əməkdaşlığa hazırdır.

O, həmçinin ABŞ-İran danışıqlarının başlanmasını müsbət addım kimi qiymətləndirərək tərəflərin atəşkəsə əməl edəcəyinə ümid etdiyini bildirib.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
4
5
redaktor.az

10Источники