RU

ABŞ-dən narkotik qaçaqmalçılarına zərbə: Ölənlər var

ABŞ-dən
ABŞ ordusu Şərqi Sakit okeanda narkotik daşıdığı müəyyən edilən iki qayığa hücum edib. 1news.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat nəticəsində ən azı 5 nəfərin öldürüldüyü bildirilib.
ABŞ Cənub Komandanlığı (SOUTHCOM) tərəfindən verilən açıqlamaya görə, əməliyyat “Cənub Mizrağı” çərçivəsində həyata keçirilib və qərar komandan Francis L. Donovan tərəfindən verilib. Məlumata əsasən, hədəfə alınan qayıqlar “terror təşkilatları” ilə əlaqəli olub və regionda tanınmış narkotik marşrutlarında fəaliyyət göstərib. Hücumların nəticəsində ilk qayıqda 2 nəfər öldürülüb, 1 nəfər sağ qalıb. İkinci qayığa zərbə zamanı isə daha 3 nəfər öldürülüb. Sağ qalan şəxsin tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam edir.

Bildirilir ki, əməliyyat zamanı ABŞ hərbçiləri arasında itki olmayıb.

Избранный
4
1news.az

1Источники